Çin və Qətər arasında iri həcmli LNG razılaşması əldə olunacaq | Banco.az

Çin və Qətər arasında iri həcmli LNG razılaşması əldə olunacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin və Qətər iri həcmli LNG müqaviləsi imzalamaq üzrədirlər.

Banco.az xəbər verir ki, Çin uzunmüddətli enerji təhlükəsizliyini təmin etmək üçün Qətərlə onilliklər davam edəcək növbəti mayeləşdirilmiş təbii qaz müqaviləsi imzalamağa hazırlaşır.

Məsələ ilə tanış olan mənbələrin məlumatına görə, “China National Petroleum Corp.” (CNPC) çərşənbə axşamı (bu gün) “QatarEnergy” ilə ildə 4 milyon ton LNG alışını əhatə edən 27 illik müqavilə imzalayacaq.

Müqavilə çərçivəsində LNG tədarükünün isə 2026-cı ildə başlayacağı bildirilir.

Müqaviləyə əsasən, CNPC həmçinin Qətərin Şərqi Şimal Yatağının genişləndirilməsi layihəsində iştirak edən istehsal sahəsində 5 faiz paya sahib olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sənayenin bu günə qədərki ən uzun tədarük müqavilələrindən biri olacaq yeni LNG sazişinin hər iki ölkəyə üstünlüklər gətirəcəyi düşünülür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et