Tamara Mustafayeva, Banco.az
Çin və Avropa rəqəmsal valyuta üzrə əməkdaşlığa hazırlaşır.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Çin və Avropa mərkəzi bankları rəqəmsal valyutaların dizaynı, tətbiqi və istifadəsi kimi mövzular üzrə texniki baxımdan müntəzəm fikir mübadiləsinə başlayacaqlar.
Çin Mərkəzi Bankının (PBOC) sədri Yi Gang Finlandiya Mərkəzi Bankının İnkişaf etməkdə olan İqtisadiyyatlar İnstitutunun 30-cu Yubiley Konfransında çıxış edib. O, çıxışında rəqəmsal valyuta ilə bağlı digər mərkəzi banklar və beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirmək istədiklərindən bəhs edib.
Sədrin çıxışını dəyərləndirən analitiklər qeyd ediblər ki, Çin və Avropa mərkəzi bankları arasındakı bu əlaqə Çin və Avropa İttifaqının pul siyasəti orqanlarının öz rəqəmsal valyutaları üçün müvafiq sistem yaratmaq məqsədinə xidmət edərək onu daha da gücləndirəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!