Çin uzaqdan zondlama peykini orbitə çıxarıb | Banco.az

Çin uzaqdan zondlama peykini orbitə çıxarıb

Müəllif:Ayşən İmanova/Banco.az

Çin "Tianhui 5-02" Yerin uzaqdan zondlama peykini uğurla orbitə çıxarıb.

Banco.az xəbər verir ki, bu barədə “Zhongguo Hantianbao” qəzeti məlumat yayıb.

Məlumata görə, qurğunun buraxılışı Tayyuan kosmodromundan (Şansi əyalətinin şimalı) dəyişdirilmiş CZ-6 raketindən istifadə edilməklə həyata keçirilib. Bu, "Long March" tipli daşıyıcı üçün 527-ci buraxılış olub.

"Tianhui 5-02" coğrafi məlumatların ötürülməsi, torpaq siyahıyaalınması və elmi tədqiqatlar üçün istifadə olunacaq.Modifikasiya edilmiş "CZ-6" yeni nəsil ikipilləli ekoloji cəhətdən təmiz raketdir, diametri 4,2 m-dir, uzunluğu 50 m-ə çatır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et