Müəllif:Ayşən İmanova/Banco.az
Çin Tayvana silah satışına görə üç ABŞ şirkətinə sanksiya tətbiq edib.
Banco.az xəbər verir ki, bu barədə nazirliyin saytında bildirilib.
Nazirlik qeyd ki, ölkənin suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qorumaq məqsədilə “General Atomics Aeronautical Systems”, “General Dynamics Land Systems”, eləcə də “Boeing Defence”, “Space & Security” şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.
Bu şirkətlərə Çinlə ixrac və idxal əməliyyatları həyata keçirmək, ölkəyə sərmayə qoymaq, şirkət rəhbərliyinə Çinə daxil olmaq, yüksək səviyyəli menecerlərlə işləmək, ölkədə qalmaq və ya yaşamaq icazəsi almaq qadağan edilib.
Bundan əlavə, nazirliyin məlumatına görə, “Boeing Defence, Space & Security“ şirkəti Tayvana silah satışı ilə bağlı müqavilələrin dəyərindən iki dəfə çox olan cərimə ödəməli olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!