Google-dan sadə tapşırıqlarla pul qazandıran mobil tətbiq | Banco.az

Google-dan sadə tapşırıqlarla pul qazandıran mobil tətbiq

Tamara Mustafayeva, Banco.az

Google "Opinion Rewards" tətbiqinə bənzəyən, ancaq istifadəçilərin həmçinin nağd pul da qazanma imkanı əldə edəcəkləri yeni bir tətbiq hazırlayır. "Task Mate" adlı tətbiq istifadəçilərə kiçik tapşırıqları başa vurmaqları müqabilində pul qazandıracaq.

Qeyd edək ki, "Opinion Rewards" tətbiqindəki mükafatlandırma sistemi Play Store vasitəsilə kredit verilməsi idisə, sözügedən yeni tətbiqdə bunun əvəzinə istifadəçilərə yaşadıqları ölkənin milli valyutası ilə ödəniş imkanı vəd edilir.

Şirkətdən edilən açıqlamaya görə, tətbiq yaxın zamanda istifadəçilərə bəzi tapşırıqlar təqdim edəcək ki, onlar da bu tapşırıqları yerinə yetirib pul qazana biləcəklər. İstifadəçilər daha sonra hər hansı kart hesabını tətbiqə inteqrasiya etmək və ya tətbiq daxilində ödəmə imkanından faydalanmaqla qazandıqları xalları pula çevirə biləcəklər.

"Task Mate" tətbiqindəki tapşırıqlar "oturaq və sahə tapşırıqları" olmaqla iki növə bölünəcək. "Sahə tapşırığı" zamanı istifadəçilər yaxınlıqdakı hər hansı bir məkana getməli və bir mağazanın fotoşəklini çəkməli olacaqlar. "Oturaq tapşırıq"-lar zamanı isə müəyyən cümlələri yazmaq kimi bəsit proseslər icra olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "Task Mate" tətbiqi hazırda təkcə Hindistanda istifadəçilərə təqdim edilib, ancaq yaxın zamanda bütün dünyada aktivləşdiriləcəyi gözlənilir. 

Həmçinin oxu: Google haqqında bilmədiyiniz 14 qeyri-adi fakt

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et