Çin “TikTok”un ABŞ aktivlərini Maska sata bilər | Banco.az

Çin “TikTok”un ABŞ aktivlərini Maska sata bilər

Müəllif:Ayşən İmanova/Banco.az

Çin rəsmiləri sosial media platforması “TikTok”un ABŞ əməliyyatlarına nəzarəti Amerikalı milyarder və sahibkar İlon Maska təhvil verməyi düşünür.

Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinin mənbələri məlumat yayıb.

Onların fikrincə, Pekin üçün prioritet ssenari “TikTok”un ana şirkəti “ByteDance”in mülkiyyətində qalmasıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bununla belə, sosial platformanın satışı üçün son tarix yaxınlaşdıqca, Çin rəsmiləri fəaliyyət planlarını müzakirə etməyə başlayıblar ki, bunlardan biri də şirkətin Amerika əməliyyatlarının Maska satılmasını nəzərdə tutur.

Çin şirkəti “ByteDance” ya sosial şəbəkəni satmalı, ya da yanvarın 19-dək ABŞ-dəki fəaliyyətini dayandırmalıdır. Hazırkı prezident Co Bayden 2024-cü ildə Konqres tərəfindən qəbul edilən qanunu müvafiq müddəalarla imzalayıb.

Xatırladaq ki, dekabrın sonunda ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp hakimlərdən qanunun müddəalarını dayandırmağı xahiş edib.