Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin "Nvidia" ilə bağlı antiinhisar araşdırmasını dərinləşdirir.
Banco.az xəbər verir ki, Çin Dövlət Bazar Tənzimləmə İdarəsinin (“SAMR”) yaydığı açıqlamada ilkin araşdırmalarda “Nvidia”nın İsrailli çip dizayn şirkəti “Mellanox Technologies”i satın alma prosesinin Çinin Anti-inhisar Qanununu pozduğu müəyyən edildiyi bildirilib.
Açıqlamada vurğulanıb ki, “Nvidia” satınalma əməliyyatına verilmiş təsdiqin şərtlərinə zidd hərəkət edib və bu məsələ ilə bağlı daha geniş araşdırma aparılacaq.
“SAMR” “Nvidia” haqqında inhisar əleyhinə qaydaları pozduğu səbəbilə 9 dekabr 2024-cü ildə istintaqa başlamışdı.
“Nvidia” İsrailli şəbəkə bağlantısı məhsulları istehsalçısı “Mellanox” şirkətini 2019-cu ildə 6,9 milyard dollara satın almışdı. Çin hakimiyyət orqanları 2020-ci ilin aprelində bu satışa yalnız o şərtlə razılıq vermişdi ki, “Nvidia”nın qrafik prosessor vahidləri (“GPU”) ilə “Mellanox”un yüksək sürətli şəbəkə avadanlıqları və əlaqəli proqram təminatları “Çin bazarında ədalətli, məqbul və ayrı-seçkilikdən uzaq şəkildə təqdim edilsin”.
Bizi sosial şəbəkələrdən izləyin!!