Çin müzakirə öncəsi ABŞ-dan məhsullar idxal etməyi qiymətləndirir | Banco.az

Çin müzakirə öncəsi ABŞ-dan məhsullar idxal etməyi qiymətləndirir

"Bloomberg"in məsələyə yaxın mənbələrə istinadən yaydığı xəbərinə görə, Çinin, yaxşı niyyət göstəricisi olaraq ABŞ-lı yüksək səviyyəli nümayəndələr ilə üz-üzə görüş ərəfəsində bəzi şirkətlərə ABŞ-dan kənd təsərrüfatı məhsulları almalarına icazə verəcəyi qeyd olunub.

Mənbələrin bildirdiyinə görə, Çin soya lobyası və donuz əti daxil kənd təsərrüfatı məhsullarının idxalına icazə verməyi qiymətləndirir.

Çin Avqust ayında ABŞ ilə danışıqların zəifləməsilə kənd təsərrüfatı məhsulları alışını dayandırmışdı.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ Prezidenti Donald Tramp da, 250 milyard dollarlıq Çin məhsuluna tətbiq edilən 25 faiz əlavə gömrük vergisinin  30%-ə qaldırılmasının 2 həftə təxirə salındığını açıqlayıb. 

Bu addımlar hər iki tərəfin də yaxınlaşan danışıqlar üçün daha könüllü olduqları şəklində şərh olunur.

ABŞ və Çin arasındakı ticarət müzakirələrinin növbəti həlqəsinin Oktyabrın ilk həftəsində yüksək səviyyəli nümayəndələrlə Vaşinqtonda baş tutacağı gözlənilir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et