Çin Mərkəzi Bankının sədri dəyişib | Banco.az

Çin Mərkəzi Bankının sədri dəyişib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin Mərkəzi Bankına yeni sədr təyin olunub.

Banco.az xəbər verir ki, Pan Qonşinq Çin Xalq Bankının (mərkəzi bank) sədri vəzifəsinə təyin edilib.

O, təqaüdə çıxan Yi Qanqı əvəz edib. 60 yaşlı Pan Mərkəzi Bankın sədr müavini vəzifəsini icra edirdi.

2012-ci ildə Çin Xalq Bankında vəzifəsinin icrasına başlayan Pan Qonşinq əvvəllər Çinin Sənaye və Kommersiya Bankı və Çin Kənd Təsərrüfatı Bankı kimi dövlət banklarında işləyib.

Qeyd edək ki, Pan daşınmaz əmlak sektorunda yaşanan böhrandan sonra sektorda tənzimləmə ilə bağlı daha şahin mövqeyə malikdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et