Çin Mərkəzi Bankı qısamüddətli kredit faizlərini aşağı salıb | Banco.az

Çin Mərkəzi Bankı qısamüddətli kredit faizlərini aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin Mərkəzi Bankı 10 ay sonra ilk dəfə qısamüddətli kredit faizlərini aşağı salıb.

Banco.az xəbər verir ki, Çin Xalq Bankı (mərkəzi bank) 2022-ci ilin avqustundan bəri ilk dəfə olaraq qısamüddətli kredit faizlərini endirib.

Mərkəzi bankın bu gün həyata keçirdiyi 7 günlük tərs repo əməliyyatında faiz dərəcəsini 10 baza bəndi aşağı salınaraq 2,0 faizdən 1,90 faizə endirilib və bazara 2 milyard yuan vəsait buraxılıb.

Qeyd edək ki, bu, mərkəzi bankın avqust ayından bəri atdığı ilk addımıdır və ölkədəki ən böyük bankların ötən həftə depozit faizlərini azaltmasından sonra kəmiyyət yumşalmasının davam edəcəyini göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et