Çin Mərkəzi Bankı iqtisadi artımı dəstəkləmək üçün faizi azaltdı | Banco.az

Çin Mərkəzi Bankı iqtisadi artımı dəstəkləmək üçün faizi azaltdı

Çin Xalq Respublikasının mərkəzi bankı son iki ildə ilk dəfə olaraq virusların təkrar yayılması şəraitində gücünü nisbətən itirən  iqtisadiyyatı gücləndirmək məqsədi ilə faiz dərcəsini 0,1% azaldıb.

Açıqlanmış məlumatlara əsasən, ümumi daxili məhsul 2021-ci ilin son rübündə əvvəlki illə müqayisədə 4% artaraq, iqtisadçıların proqnozlaşdırdığı 3,3% artımı üstələyib, lakin bu artım əvvəlki üç aya nisbətən daha ləng templərlə baş verib.

Açıqlanmış sonuncu dekabr ayı üçün olan pərakəndə satış rəqəmləri "Covid"lə bağlı vəziyyət hələ də istehlakçılara təsir göstərir və buna görə də biz sənaye sektorunda müşahidə etdiyimiz bərpanı görmədik. Qeyd edək ki, pərakəndə satış 3,8% proqnozlaşdırıldığı halda, realda 1,7% olaraq artıb.

Keçən ilin ikinci yarısında Çin iqtisadiyyatını bəzi problemlər sarsıtdı: elektrik enerjisinin çatışmazlığı, geriləyən mənzil və əmlak böhranında defoltlar və Covid-19-un dəfələrlə yayılması. Bütün bunların fonunda,  bu gün  Mərkəzi Bank faiz dərəcələrini aşağı salıb, likvidliyi artıraraq, iqtisadiyyatın inkişafına olan dəstəyini gücləndirib.

Ən sərfəli kredit üçün müraciət et

Keçən bütün il ərzində dünyanın ikinci böyük iqtisadiyyatı 8,1% artaraq hökumətin proqnozlaşdırdığı «6% -dən çox» hədəf göstəricisini xeyli üstələdi. Buna dünya  ticarətinin artması kömək etdi: ötən həftənin məlumatları göstərdi ki, Çindən ixrac 2021-ci ildə rekord səviyyədə 3,36 trilyon dollara çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et