Çin Mərkəzi Bankı faiz qərarını elan edib | Banco.az

Çin Mərkəzi Bankı faiz qərarını elan edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin Xalq Bankı (mərkəzi bankı) kredit faiz dərəcəsini sabit saxlayıb.

Banco.az xəbər verir ki, Çin Xalq Bankı (mərkəzi bank) bençmark kredit faiz dərəcəsini (LPR) elan edib.

Mərkəzi bank ardıcıl doqquz ayda da bençmark kredit faiz dərəcələrini (LPR) dəyişməyib. Ekspertlərin proqnozları da məhz bu istiqamətdə idi.

Bununla da, ölkədə 1 illik kredit faiz dərəcəsi dəyişməyərək 3,65%, 5 illik kredit faiz dərəcəsi isə dəyişməyərək 4,30% səviyyəsində saxlanılıb.

Qeyd edək ki, bu xəbərdən sonra Materik Çin yuanı ABŞ dollarına qarşı 0,2 faiz ucuzlaşaraq 7,0205 səviyyəsinə enib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et