Çin Mərkəzi Bankı faiz qərarını açıqlayıb | Banco.az

Çin Mərkəzi Bankı faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal tendensiyaya uyğun olaraq monetar siyasətdə fərqlilik nümayiş etdirən Çində etalon faiz dərəcələri yenidən sabit saxlanılıb.

Banco.az xəbər verir ki, Çin Xalq Bankı (mərkəzi bank) bazar gözləntilərinə uyğun olaraq 1 illik əsas kredit dərəcəsini (LPR) 3,65 faiz, 5 illik faiz dərəcəsini isə 4,30 faiz səviyyəsində saxlayıb.

Qeyd edək ki, bankların adətən ən yaxşı müştərilərindən tutduqları əsas kredit faiz dərəcəsi (LPR) hər ayın 20-də, təyin olunmuş 18 kommersiya bankı Çin Xalq Bankına təklif etdikləri tarifləri təqdim etdikdə müəyyən edilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et