Çin Mərkəzi Bankı faiz dərəcələrini sabit saxlayıb | Banco.az

Çin Mərkəzi Bankı faiz dərəcələrini sabit saxlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin Xalq Bankı (mərkəzi bank) faiz dərəcələrini dəyişməz saxlayıb.

Banco.az xəbər verir ki, Çin Xalq Bankı noyabr ayı üzrə bir illik və beş illik kredit faizlərini (LPR) müvafiq olaraq 3,45 faiz və 4,2 faiz səviyyəsində saxlayıb.

Çində yeni və ödənilməmiş kreditlərin əksəriyyəti bir illik LPR-ə əsaslansa da, beş illik faiz dərəcəsi ipotekanın qiymətinə təsir göstərir.

Qeyd edək ki, beşillik LPR sonuncu dəfə iyun ayında 4,3 faizdən endirildikdən sonra ardıcıl beş ay ərzində 4,2 faiz səviyyəsində saxlanılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram