Çin Mərkəzi Bankı bank sektoruna dəstək verəcək | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Çin Mərkəzi Bankı bank sektoruna dəstək verəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin Xalq Bankı orta müddətli kredit vasitəsi ilə bank sisteminə 779 milyard yuan vəsait ayırıb.

Banco.az xəbər verir ki, 1 il müddətlə verilən kredit üzrə faiz dərəcəsi 2,75% səviyyəsində saxlanılıb. 

700 milyard yuan orta müddətli kreditin bu ay qaytarılacağı hesablandıqda, Çin Xalq Bankının bank sisteminə verdiyi xalis likvidlik 79 milyard yuan olub.

Çin Xalq Bankı bu gün həmçinin 7 və 14 günlük tərs repo əməliyyatları da keçirib. Faiz dərəcəsi 2,15% səviyyəsində saxlanılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram