Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin 5,4 trilyon dollara qədər ipoteka kreditinin yenidən maliyyələşdirilməsinə icazə verməyi düşünür.
Banco.az xəbər verir ki, Çin borclanma xərclərini azaltmaq və istehlakı artırmaq üçün ev sahiblərinə 5,4 trilyon dollara qədər ipotekanı yenidən maliyyələşdirməyə icazə verməyi nəzərdən keçirir.
Məsələ ilə tanış olan mənbələrin məlumatına görə, plana əsasən, bankların adətən ipoteka kreditlərini yenidən qiymətləndirdiyi yanvar ayından əvvəl ev sahibləri olan mövcud kreditorları ilə şərtləri yenidən müzakirə edə bilərlər. Onlara həmçinin qlobal maliyyə böhranından sonra ilk dəfə olaraq başqa bir bankla yenidən maliyyələşdirməyə icazə veriləcəyi bildirilir.
Qeyd edək ki, aşağı ipoteka faizləri Çin dövlət banklarının gəlirliliyinə mənfi təsir göstərir. Səlahiyyətlilər Asiyanın ən böyük iqtisadiyyatında mənzillə bağlı böhranı dayandırmaq üçün yenidən təzyiqlərlə üzləşirlər.
Bizi sosial şəbəkələrdən izləyin!!