ABŞ prezidenti Donald Tramp təqribən 200 milyard dollarlıq Çin mallarına əlavə gömrük vergisi tətbiq edilməsinə dair planları həyata keçirəcəklərini bildirib və Çinin rəhbəri Xi Jinping ilə ticarət müzakirələrində razılıq əldə edilməməsi təqdirində qalan digər bütün Çin mallarının idxalına da əlavə tarif tətbiq edilə biləcəyini işarə edib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Tramp bazar ertəsi "The Wall Street Journal" qəzetinə müsahibəsində 30 noyabr tarixində Argentinada başlayacaq G-20 sammitində bir araya gələcəkləri zaman Xi ilə razılıq əldə edə bilməmələri halında qalan 267 milyard dollarlıq Çin malının idxalına da tarif tətbiq etməyə hazırlaşdıqlarını bildirib. O, əlavə gömrük vergisinin 10% və ya 20% ola biləcəyini qeyd edib.
Tamara Mustafayeva, Banco.az