Çin kosmik stansiya inşa etməyə hazırlaşır | Banco.az

Çin kosmik stansiya inşa etməyə hazırlaşır

Tamara Mustafayeva, Banco.az

Çin kosmosda stansiya qurmağa hazırlaşır.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Çinin qurmağa hazırlaşdığı kosmik stansiyaya göndərdiyi kosmonavtlar hədəfə çatıb.

Çinin Sinxua xəbər agentliyinin yaydığı məlumata görə, göyərtəsində 3 nəfərdən ibarət kosmonavt heyətini daşıyan "Shenzhou-12" ("İlahi Gəmi-12") roketi dünən səhər saatlarında fəzaya göndərilməsindən sonra yerli vaxtla 18:48-də "Tiangong" ("Cənnət Sarayı") adlanan kosmik stansiyanın nüvə moduluna eniş edib.

Qeyd edək ki, ekspedisiyanın üzvləri Nie Haisheng, Liu Boming və Tang Hongbo kosmik roketdən modula daxil olmaqla inşa mərhələsində olan stansiyanın ilk ziyarətçiləri olublar.

Astronauts Tang Hongbo, left, Nie Haisheng, centre, and Liu Boming wave during a departure ceremony before boarding the Shenzhou-12 spacecraft on a Long March-2F carrier rocket at the Jiuquan Satellite Launch Centre in the Gobi desert in northwest China. [Greg Baker/AFP]

Ən sərfəli kredit üçün müraciət et

Kosmonavtların gələn il göndərilməsi planlaşdırılan iki ədəd laboratoriya modulu üçün müxtəlif araşdırmalar aparması avadanlıqları sınaqdan keçirməsi üçün modulda 3 ay qalması planlaşdırılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et