Çin iqtisadiyyatındakı canlanma Almaniyanın ixracına zərbə vurub | Banco.az

Çin iqtisadiyyatındakı canlanma Almaniyanın ixracına zərbə vurub

Müəllif - Aida İsaq, Banco.az

Çinin daxili bazarı yerli məhsullarla təmin etməsi Almaniyadan ixracın həcminə zərbə vurub. 

Banco.az xəbər verir ki,  son vaxtlara qədər Çin bazarı Almaniya məhsullarının xarici ölkələrə ümumi ixracının 7%-ə qədərini təşkil edirdi. Məlumata görə, bu ilin əvvəlindən Çin təkcə Almaniyadan deyil, həm də Almaniyanın Böyük Yeddilikdəki (G7) tərəfdaş ölkələrindən məhsul alışının həcmini azaldıb. Buraya ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya və Kanadadan olan məhsul ixracı daxildir. 

Qeyd olunur ki, Almaniyanın sənaye ixracatı müəyyən səviyyədə Çin bazarındakı satışlardan asılı hala düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram