Çin iqtisadiyyatında rekord artım qeydə alındı | Banco.az

Çin iqtisadiyyatında rekord artım qeydə alındı

Tamara Mustafayeva, Banco.az

Çin iqtisadiyyatında rekord səviyyədə artım qeydə alınıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Çin iqtisadiyyatı 2021-ci ilin ilk rübündə 18,3% böyüyüb. Qeyd edək ki, iqtisadçıların proqnozuna görə, bu göstərici 18,5% olmalı idi. Ölkədə sənaye istehsalı proqnozlardan geridə qalarkən pərakəndə satışlar üzrə göstəricilər olduqca yüksəkdir.

Çin iqtisadiyyatı bu ilin ilk üç ayında istehsal və investisiya fəaliyyətlərinin canlanmasına artan istehlakçı xərclərinin də daxil olması ilə daha da güc qazanıb.

Ölkədə sənaye istehsalı işçilərin "Bahar Festivalı" zamanı səyahət etməyərək vəzifələrinin başında olmasına baxmayaraq sadəcə 14,1% yüksələrək 18%-lik proqnozlardan geridə qalıb. Pərakəndə satışlar isə 28%-lik proqnozları üstələyərək 34,2% səviyyəsində artıma imza atıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Çində sözügedən dövr üzrə işsizlik göstəricisi 5,3% qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et