Çin iqtisadiyyatı ilin ilk üç aylıq dövründə, təşviq tədbirlərinin təsirini göstərməsilə güclü artımını davam etdirib.
Çində ümumi daxili məhsul (ÜDM) ilk rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 6.4% artıb. İqtisadçıların təxminlərinə görə, iqtisadiyyatın 6.3% böyüməsi gözlənilirdi. Çin iqtisadiyyatı əvvəlki rübdə də 6.4% artmışdır.
Həmçinin, Mart ayında, zavod istehsalı keçən ilin eyni ayı ilə müqayisədə 8.5% artaraq 5.6% olan artım proqnozunu üstələyib. Pərakəndə satışlar 8.7%, sərmayələr isə 6.3%-lik bir artım reallaşdırıb. Pərakəndə satışların 8.4% artması gözlənilirdi.
İqtisadi artıma yönəlmiş siyasətlər, sərmayəçiləri narahat edən və qlobal inkişafa mənfi təsir edən yavaşlamanı dayandırmağa kömək edib. Gözləniləndən daha güclü performans, əlavə təşviqin lazım olub - olmayacağına ya da mərkəzi bankın və maliyyə nazirliyinin artıq dəstəyini azaldıb-azaltmayacağına dair müzakirələri artırıb.
Marja