Çin iqtisadiyyatında daralma əlamətləri | Banco.az

Çin iqtisadiyyatında daralma əlamətləri

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində istehsal fəaliyyəti may ayında ABŞ ilə ticarət gərginliyinin azaldılmasına baxmayaraq azalıb.

Banco.az xəbər verir ki, Caixin Media və S&P Global tərəfindən açıqlanan məlumatlara əsasən, Caixin istehsalat satınalma menecerləri indeksinin (PMI) göstəricisi may ayında 50,4-dən 48,3-ə düşüb.

Bu indeks son səkkiz ayda ilk dəfə olaraq genişlənmə ilə daralmanı ayıran 50 həddinin altına enib.

19 AYDAN SONRA GERİLƏMƏ

Caixin-ə görə bu enişdə yeni sifarişlərin son iki il yarımın ən kəskin azalma tempini göstərməsi əsas rol oynayıb. Yeni ixrac sifarişləri də 2023-cü ilin iyul ayından bəri ən aşağı səviyyəyə enib. Zavod istehsalını izləyən alt-indeks isə 19 aydan sonra ilk dəfə eniş göstərib.

Caixin "Insight Group"un iqtisadçılarından Van Çje bildirib: “Ümumilikdə, may ayında istehsalatın təklifi və tələbi xarici tələbin təsiri ilə azalıb.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram