Çin iqtisadi çöküş yaşayır | Banco.az

Çin iqtisadi çöküş yaşayır

Çində vəziyyət heç də ürəkaçan deyil. Ölkənin "Shanghai Composite" Fond Birjasında vəziyyət yuanın dəyərdən düşməsini göstərir. İyulun 27-28-29-da səkkizillik dövrdə ən minimal səviyyəyə, bir gün ərzində mənfi 8,5%-dək enib. 

Bu proses Koreya Xalq Respublikasının ticarət bazarına da təsir göstərib: Şençjen birjasının indeksi 7%, Honkonq birjasında qiymət 3% düşüb. Ekspertlər bunun səbəbini ölkə iqtisadiyyatının inkişafında ləngimənin olması barədə "bazar oyunçuları"nın qorxularında, həmçinin səmərəsiz tədbirlər, iyulun birinci yarısında başlayan valyutanın dəyrdən düşmə prosesindən sonra maliyyə bazarının sabitləşməsi üçün hökumət tərəfindən təkliflərin edilməməsini göstərirlər.

Bir sözlə, Çinin indiki fond indeksləri iqtisadi artımın zəiflədilməsi haqqında xəbərləri təsdiqləyir. Çin dünyada ABŞ-dan sonra ikinci neft istehlakçısıdır və "qara qızıl"ın dünya bazarında qiymətinin aşağı düşməsi bu ölkəni dərindən maraqlandırır.

İranın nüvə proqramı ilə bağlı əldə olunan razılaşmaya əsasən, Tehrana qarşı sanksiyaların aradan qaldırılmasından sonra bu ölkə dünya bazarına çıxaracaq neftin həcmini 2 dəfə artırması təşəbbüsü Çindən neqativ xəbərlərin gəlişinə yol açdı. İyulun əvvəlindən başlayaraq Brent markalı neftin qiyməti təxminən 10 dollar aşağı saldı. Yəni iyulun 1-də bir barrel neftin qiyməti 62,05 dollar olduğu halda, iyulun 27-də bu rəqəm 52,87 dollar təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, iyulun 28-də "Bank of America"nın investisiya bölməsinin neft üzrə qiymətləndirmə proqnozuna görə, üçüncü rübün sonunda Brent markalı neftin bir barreli 50 dollar, Texas WTI markalı neftin bir barreli isə 45 dollar olacaq. Bu isə Rusiya və Çin üçün heç də xoş günlər vəd etmir. Bir sözlə, bu müttəfiq iki ölkənin iqtisadiyyatı yavaş-yavaş soyuyur. 

Ən sərfəli krediti almaq üçün müraciət et