"Çin ilə ticarət anlaşması yaxın zamanda GÖZLƏNİLMİR" - Kudlow | Banco.az

"Çin ilə ticarət anlaşması yaxın zamanda GÖZLƏNİLMİR" - Kudlow

Prezident Donald Trampın iqtisadi məsələlər üzrə müşaviri Larry Kudlow Tramp və Xi görüşünün müfəssəl bir ticarət anlaşması ilə nəticələnməsini gözləmədiyini söyləyib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Kudlow, “Prezident Tramp və Çin rəhbəri Xi Jinping arasında G-20 sammitində həyata keçiriləcək görüşlər uğurlu olacağı təqdirdə, mövzu ilə bağlı yenidən çalışmalara davam edəcəyik və Çin ilə bir anlaşma əldə etməyə çalışacağıq” deyə bildirib.

Ən sərfəli kredit üçün müraciət et

O, həmçinin bildirib ki, ikitərəfli görüşlər uğurlu olsa belə, iki ölkə arasında anlaşma əldə edilməsi üçün  uzun bir müddət lazımdır.

Həmçinin oxu: “Çinin rəhbəri ticarət anlaşması istəyir” – Tramp

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et