Çin ictimai nəqliyyatın yeni enerji mənbələrinə keçidini elan etdi | Banco.az

Çin ictimai nəqliyyatın yeni enerji mənbələrinə keçidini elan etdi

Müəllif:Mehin Qasımova/Banco.az

Çində ictimai nəqliyyatın dörddə üçündən çoxu yeni enerji mənbələri ilə işləyir. 

Banco.az xarici mediaya istinadən xəbər verir ki, bunu Çinin paytaxtında keçirilən Ümumçin Xalq Nümayəndələri Konqresinin (ÜXK) sessiyasında Çin Xalq Respublikasının nəqliyyat naziri Li Syaopenq deyib.

"Yeni enerji daşıyıcılarından istifadə Çinin ictimai nəqliyyat sisteminin 77,6%-ni təşkil edir", - nazir qeyd edib. O, yaşıl və ağıllı nəqliyyatın sürətli inkişafının olduğunu vurğulayıb.

Li Xiaopeng bildirib ki, ölkə ağıllı yollar, ağıllı dəmir yolları və ağıllı limanların tikintisini sürətləndirir. Onun sözlərinə görə, yeni enerji avadanlıqları və ekoloji cəhətdən təmiz enerjidən getdikcə daha çox istifadə olunur.

Nazir bildirib ki, Çin dünyanın ən böyük sürətli dəmir yolu şəbəkəsini, sürətli yol şəbəkəsini və sürətli poçt sistemini, eləcə də dünya səviyyəli liman klasterini inşa edib. 

Ən sərfəli kredit üçün müraciət et

"Çinin nəqliyyat xidmətlərinin inkişafındakı potensialı daim təkmilləşir və digər ölkələrlə nəqliyyat sahəsində əməkdaşlıq güclənir",- deyə Li Xiaopeng qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et