Çin hökuməti ölkə iqtisadiyyatının bu ilki artım hədəfini açıqlayıb | Banco.az

Çin hökuməti ölkə iqtisadiyyatının bu ilki artım hədəfini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin hökuməti bu il ölkə iqtisadiyyatının 5 faiz artım göstərəcəyini proqnozlaşdırır.

Banco.az xəbər verir ki, Baş nazir Li Kiqiang Pekində keçirilən Ümumçin Xalq Nümayəndələri Konqresinin (ÜXK) illik ümumi yığıncağında hökumətin iş hesabatını və büdcə layihəsini Assambleyaya təqdim edib.

Baş nazir Ümumi Daxili Məhsulun (ÜDM) 2023-cü ildə təxminən 5 faiz artmasının hədəfləndiyini bildirib.

Keçən il 12,06 milyon yeni iş yerinin yaradıldığını vurğulayan Li bu il şəhərlərdə 12 milyon yeni iş yeri yaradaraq işsizliyi 5,5 faiz ətrafında saxlamağı düşündüklərini qeyd edib.

“Ehtiyatlı pul siyasətinə davam ediləcəyini” vəd edən Baş nazir inflyasiya hədəfini isə 3 faiz olaraq açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Çip istehsalı və digər əsas sənaye sektorlarında istehsala özəl maliyyə dəstəyinin də 2 milyard dollara qədər çatdırılacağı bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et