Çin faiz dərəcələrini dəyişməyib | Banco.az

Çin faiz dərəcələrini dəyişməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin Mərkəzi Bankı proqnozlara uyğun olaraq kredit faizlərini (LPR) dəyişməz saxlayıb.

Banco.az xəbər verir ki, Çin Xalq Bankı (mərkəzi bank) bazar ertəsi günü bir və beş illik kredit faiz dərəcələrini (LPR) dəyişməyərək müvafiq olaraq 3,45 və 3,95 faiz səviyyəsində saxlayıb.

Qərar hər iki göstəricinin dəyişməz qalacağını düşünən iqtisadçıların proqnozlarına uyğun olub.

Məlumat üçün qeyd edək ki, bir illik LPR əksər ev təsərrüfatları və korporativ kreditlər üçün, beş illik LPR isə əksər əmlak ipotekaları üçün etalondur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et