Müəllif: Tamara Mustafayeva, Banco.az
Çinin əhalisi 2024-cü ildə 1,39 milyon nəfər azalaraq əvvəlki 2 ildə yaşanan eniş tendensiyasını davam etdirib.
Banco.az xəbər verir ki, Miili Statistika Bürosunun (USB) məlumatına görə, 2023-cü ildə 1 milyard 409 milyon 670 min olan Çin materikinin əhalisi 2024-cü ildə 1 milyard 408 milyon 280 min nəfərə düşüb. Ölkənin əhalisində 2022-ci ildə başlayan azalma tendensiyası 2023-cü ildən sonra 2024-cü ildə də davam edib.
Çin əhalisi 2022-ci ildə 1960-cı illərin əvvəllərindəki aclıq illərindən bəri ilk dəfə azalmışdı. 2022-ci il Çində əhalinin uzunmüddətli azalma tendensiyasının başladığı il olmuşdu.
Doğum səviyyəsi artdı, ölüm səviyyəsi azaldı
Çində 2024-cü ildə 9,54 milyon körpə dünyaya gəlib ki, bu da 2023-cü ildə 9,02 milyon olan yeni doğulanların sayına nisbətən 5,7% artım deməkdir.
2023-cü ildə hər 1000 nəfərə 6,39 olan doğum səviyyəsi 2024-cü ildə 6,77-yə yüksəlib. Doğum səviyyəsi ötən il 1949-cu ildən bəri milli qeydlərin aparılmağa başlandığı dövrdə ən aşağı səviyyəyə düşmüşdü.
Ölkədə 2024-cü ildə 10,93 milyon ölüm qeydə alınıb ki, bu da 2023-cü ildə qeydə alınan 11,1 milyon ölümə nisbətən 1,5% azalıb. Ölüm səviyyəsi isə hər 1000 nəfərə 7,87-dən 7,76-ya enib.
Bizi sosial şəbəkələrdən izləyin!!