Çin daha sərt qlobal iqtisadi mühitlə üzləşib | Banco.az

Çin daha sərt qlobal iqtisadi mühitlə üzləşib

Müəllif - Aida İsaq, Banco.az 

Çində artım tempinin yavaşlaması və ABŞ kimi ölkələrin inflyasiyanı cilovlamaq üçün mübarizə aparmaqda çətinlik çəkməsi fonunda ölkə daha çətin qlobal iqtisadi mühitlə üzləşib.

Banco.az xəbər verir ki, bu barədə Çinin milli inkişaf və islahat komissiyasının sədr müavini Zhao Chenxin bildirib. Boao forumundakı çıxışında C.Zhao qlobal artım sürətinin zəiflədiyini və bu istiqamətdə təzyiqlərin artdığını bildirib. Eyni iclasda çıxış edən Dünya Bankının keçmiş baş iqtisadçısı Castin Lin ABŞ-ın bank böhranı fonunda Çinin qarşılaşa biləcəyi risklərin hazırda məhdud olduğunu, aşağı xarici borc və kapital nəzarətinin transsərhəd axınını tənzimlədiyini vurğulayıb. Bununla yanaşı, o, Çinin güclü böyümə potensialına malik olduğunu bildirərək, bankçılıq sektorunda böhranın daha da pisləşməsinin dünya iqtisadiyyatı üçün sabitlik mənbəyi rolunu oynayacağını qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et