Çin bu məhsullara vergiləri və rüsumları ləğv edib | Banco.az

Çin bu məhsullara vergiləri və rüsumları ləğv edib

Çin Xalq Respublikasının müvafiq dövlət orqanları koronavirusla mübarizədə məqsədilə ölkəyə xaricdən idxal məhsullara görə tutulan rüsumları, eləcə də əlavə dəyər vergisini və istehlak vergisini ləğv edib. Hökumətin yaydığı rəsmi açıqlamada bildirilib ki, vergi və rüsum güzəştləri müəyyənləşdirilmiş mallara kimyəvi preparatlar, dezinfeksiya vasitələri, qoruyucu maskalar, xüsusi kostyumlar və digər vəsaitlər, təcili yardım maşınları, həmçinin sanitar-epidemiologiya stansiyaları üçün xüsusi nəqliyyat növləri daxildir. Açıqlamada göstərilir ki, bu qərar mart ayının 31-dək qüvvədə olacaq. Əgər rüsum və vergilər əvvəlcədən ödənilibsə, hökumət onların qaytarılmasını təmin edəcək. Bundan əlavə, həmin mallar gömrükdən keçirilərkən gecikdirilməyəcək.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et