Çin ABŞ sanksiyalarına görə Rusiya banklarından ödənişləri qəbul etməyi dayandırır | Banco.az

Çin ABŞ sanksiyalarına görə Rusiya banklarından ödənişləri qəbul etməyi dayandırır

Müəllif:Ayşən İmanova/Banco.az

Çin Vaşinqtonun yeni sanksiyalarına məruz qalan Rusiya bankları ilə işləməkdən imtina etməyə başlayıb.

Banco.az xəbər verir ki, bu barədə “Birinci Qrup” ASC-nin baş direktoru Aleksey Poroşin məlumat verib.

Xüsusilə, "Bank of China" artıq Rusiya kredit təşkilatlarından ödənişləri qəbul etməkdən imtina edib. Bundan əlavə, “Bank of Kunlun”, sanksiyalar altında Rusiya banklarından ödənişlərin qəbulunun dayandırılması ilə bağlı bildirişlər göndərməyə başlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Poroşinin sözlərinə görə, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın 2025-ci il yanvarın 20-də baş tutacaq andiçmə mərasimindən sonra vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşacağı ehtimalı yoxdur. “Anderida Financial Group”un təsisçisi Aleksey Tarapovskinin isə fikri fərqlidir. O hesab edir ki, hakimiyyət Trampa keçəndə sanksiyalar yüngülləşdirilə bilər.