"Çin ABŞ-ın borc öhdəlikləri bazarına qoyulan investisiyaların həcmini əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırmır".
Bu barədə ölkənin Dövlət Qiymətli Kağızlara Nəzarət Komitəsinin sədr müavini Fan SinhayDavosda keçirilən Dünya İqtisadi Forumunda bildirib.
Onun sözlərinə görə, Çin xaricə sərmayə qoymalıdır, ABŞ dövlət istiqrazları bazarı isə bunun üçün ideal yerdir.
Qeyd edək ki, rəsmi məlumatlara görə, Çin 1,1 trilyon dollardan çox dəyərə malik ABŞ xəzinə istiqrazlarına sahibdir və ABŞ-ın ən böyük xarici kreditorudur.
Report.az