Çin 3 faizlik inflyasiya hədəfinə çatacaqlarını düşünür | Banco.az

Çin 3 faizlik inflyasiya hədəfinə çatacaqlarını düşünür

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin Milli Statistika Bürosunun sözçüsü Fu Linqhui yeni açıqlama verib.

Banco.az xəbər verir ki, Çin Milli Statistika Bürosunun sözçüsü Fu Linqhui bildirib ki, bəzi təzyiqlər olsa da, Çin 2023-cü il üçün 3 faiz səviyyələrində müəyyən edilmiş inflyasiya hədəfinə çatmaq iqtidarındadır.

Fu Linghui açıqlamasında ölkə daxilində məşğulluğun sabitləşməsinə dəstək üçün addımları artıracaqlarını bildirib və istehlakın artırılması üçün tədbirləri davam etdirəcəklərini vurğulayıb.

Çinin daşınmaz əmlak bazarının bəzi müsbət dəyişikliklər göstərdiyinə diqqət çəkən Fu sektorda sabitlik gözlədiklərini ifadə edib.

O həmçinin açıqlamasında bu il xarici tələbin zəifləyəcəyini gözlədiklərini dilə gətirərək, "Çinin xarici ticarəti bəzi çətinliklərlə üzləşir, lakin müsbət və dəstəkləyici irəliləyişlər var”, deyə əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et