Çin 28 ABŞ şirkətinə ixracı qadağan edib | Banco.az

Çin 28 ABŞ şirkətinə ixracı qadağan edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin ABŞ-ın 28 müdafiə sənayesi şirkətinə hərbi və mülki “ikili təyinatlı məhsulların” ixracını qadağan etdiyini açıqlayıb.

Banco.az xəbər verir ki, Çin Ticarət Nazirliyinin açıqlamasında "milli təhlükəsizliyi qorumaq və silahların yayılmasının qarşısını almaq məqsədilə beynəlxalq öhdəliklərini yerinə yetirmək üçün Çinli şirkətlərin həmin şirkətlərə ixrac etməsinin qadağan edildiyi" bildirilib.

Nazirlik Çin ilə suverenlik münaqişəsi içində olan Tayvana silah satdığı üçün 10 ABŞ şirkətinin "etibarsız qurumlar" siyahısına daxil edildiyini açıqlayıb.

“General Dynamics”, “Boeing Defence”, “Space & Security”, “Lockheed Martin” və “Raytheon Missiles & Defence” kimi müdafiə şirkətlərinə ixrac qadağası tətbiq edilib. Bundan əlavə, “Lockheed Martin”in 5, “General Dynamics”in 3, “Raytheon”un 1 şirkəti və “General Dynamics” ilə “Raytheon”un 1 ortaq müəssisəsi də "etibarsız qurumlar" siyahısına daxil edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram