Çin 2024-cü ilə qədər dünyanın ən böyük iqtisadiyyatına sahib ola bilər | Banco.az

Çin 2024-cü ilə qədər dünyanın ən böyük iqtisadiyyatına sahib ola bilər

Tamara Mustafayeva, Banco.az

1990-cı illərdən bəri iqtisadi artım tempi yaşayan Çinin yaxın illərdə dünyanın ən böyük iqtisadiyyatına sahib ölkəsi ABŞ-ı geridə qoyacağı düşünülür.

Dünya İqtisadi Forumu Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Statista göstəricilərinə əsasən belə bir analiz irəli sürüb. 1992-ci ildən etibarən ölkələrin iqtisadi sferada əldə etdikləri nailiyyətlərin dəyərləndirildiyi bu analizə görə, Çinin 2024-cü ilə qədər ABŞ iqtisadiyyatını üstələməsi proqnozlaşdırılır.

Çin hazırda dünyanı təsiri altına alan koronavirus pandemiyasının başlanğıc nöqtəsi olmasına baxmayaraq, pandemiyanı asanlıqla nəzarət altına almağa müvəffəq oldu. Bununla da sarsılan ölkə iqtisadiyyatına da dərhal müdaxilə etməyi bacardı. Odur ki, ilin ikinci rübü üzrə ümumi milli məhsul göstəricisi 3.2% ilə proqnozları üstələyə bildi.

Sözügedən analizin hesabatında həmçinin son otuz il ərzində Hindistan və İndoneziyanın da müsbət saldo göstərərək dünyanın ən yaxşı 10 iqtisadiyyatına sahib ölkəsindən ikisi olduğu qeyd edilib.

Mənbə: Statista

Bu hesabata görə, 2024-cü ildə Çin ABŞ-ı geridə qoyaraq dünyanın ən böyük iqtisadiyyatına sahib ölkəsi olacaq.

İlk onluq isə aşağıdakı kimi proqnozlaşdırılır.

  1. Çin
  2. ABŞ
  3. Hindistan
  4. Yaponiya
  5. İndoneziya
  6. Rusiya
  7. Almaniya
  8. Braziliya
  9. İngiltərə
  10. Fransa

Həmçinin oxu: Bir milyon dollar qazanmaq üçün nə qədər vaxt lazımdır?

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et