Bir milyon dollar qazanmaq üçün nə qədər vaxt lazımdır? | Banco.az

Bir milyon dollar qazanmaq üçün nə qədər vaxt lazımdır?

Müxtəlif ölkələrdə bir milyon dollar qazanmaq nə qədər vaxta başa gələr?

Hər hansı bir insana bu miqdarı qazanmaq üçün nə qədər vaxt lazımdır?

“The Economist” jurnalı bu sualın cavabını tapmaq üçün 2013-cü ildə orta gəlirli bir ailənin işləyən üzvlərinin gəlirlərini araşdırıb.

Bu aradırmaya görə, Amerika ən sürətlə və çox sayda insanı milyonçu edən ölkədir. Meksikalıların eyni miqdarda məbləği qazanmaq üçün isə üç əsr gözləmələri lazımdır.

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən araşdırmada Skandinaviya ölkələri üst pillələrdə, Avropa ölkələri isə orta sıralarda yer alır.

Bir milyon dolları təsəvvür etmək istəyənlər üçün isə bildirək ki, bu məbləğ 100 dollarlıq əskinasları üst-üstə qoymaqla hündürlüyü 1 metrə, çəkisi isə 10 kiloqrama bərabərdir.

Həmçinin oxu: 1 trilyon dollarla nə edə bilərsiniz?

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et