Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ-nin ən böyük neft şirkətlərindən biri olan “Chevron” bu ilin üçüncü rübündə xalis mənfəətində 31%, gəlirində isə 6% azalma qeydə alıb.
Banco.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.
Məlumata görə, iyul-sentyabr aylarında xalis mənfəət əvvəlki ilin eyni dövründəki 6,53 milyard dollarla müqaisədə 4,49 milyard dollar təşkil edib. Səhm üzrə mənfəət 3,48 dollardan 2,48 dollara qədər azalıb.
“Chevron”un rüblük gəliri bir il əvvəlki 54,08 milyard dollardan 50,67 milyard dollara düşüb. Mütəxəssislər bu rəqəmi orta hesabla 48,86 milyard dollar proqnozlaşdırıblar.
Ötən rübdə “Chevron” səhmdarlarına rekord məbləğdə - 7,7 milyard dollar, o cümlədən səhmlərin geri alınması yolu ilə 4,7 milyard dollar və dividendlər şəklində 2,9 milyard dollar qaytarıb.
Qeyd edək ki, “Chevron” səhmləri cümə günü bazar öncəsi ticarətdə 2,5% bahalaşıb. İlin əvvəlindən onların qiyməti demək olar ki, dəyişməz qalıb.