Chanel markasının yaranma tarixi haqda BİLMƏDİKLƏRİNİZ | Banco.az

Chanel markasının yaranma tarixi haqda BİLMƏDİKLƏRİNİZ

Moda və dəb dedikdə yəqin ki, ilk ağlınıza gələn marka Chanel olur. Bu isə çox da təəccüblü deyil. Məhz Gabrielle Chanel bu markanın formalaşmasında böyük rol oynamışdır. Maraqlıdır, bəs Chanel bu markanı necə yaradıb?

Əslində bu qadın heç də asanlıqla bu qədər məşhur olmayıb. 1905-1908-ci illərdə müğənnilik edən Gabriellenın istifadə etdiyi Coco ləqəbi də məhz burdan gəlir. İlk dəfə 1910-cu ildə papaq və aksessuar dükanı açan Chanel qısa zamanda 21 belə dükan açıb və elit təbəqənin qarderobuna da öz təsirini göstərməyə başlayıb. Qadınların sevmədiyi amma gözəllik xatirinə istifadə etdiyi bəzi geyim nümunələri Chanelin gəlişi ilə tarixə qovuşdu. Bundan əlavə modaya xüsusi istiqamət verən xanım qara rəngin bədbinlik anlayışını eleqantlıqla əvəz etdi. Ona qədər qara rəng daha çox matəmlərdə geyilirdisə, Chanelin öz kolleksiyalarında qara rəngi fərqli təqdimatı öz təsirini göstərdi. Bundan əlavə Chanel 1922-ci ildə hal-hazırda da bir çoxlarının sevdiyi Chanel No5 ətrini təqdim etdi və bu məhsul çıxdığı vaxtdan öz populyarlığını qorumaqla şirkətə çoxlu gəlir gətirməkdə davam edir.

Ən sərfəli kredit üçün müraciət et

1939-cu ildə İkinci Dünya Müharibəsinin başladığı dövrdə Chanel bütün dükanlarını bağladı və evində Haute Couture geyimlər hazırlamağa başladı. 1945-ci ildə o, İsveçə köçsə də 1954-də Parisə geri qayıtdı və yenidən modanı təbliğ etməyə başladı.

Coco Chanelin dediyi fikirlər bir çoxlarının rəğbətini qazanmaqla bərabər onun brend kimi formalaşmasında da rol oynamışdır.

Məqaləni də elə onun sözləri ilə bitirmək istəyirik.

“Uğur, məğlubiyyəti qəbul etməyənlərindir.”

Həmçinin maraqlıdır: Gucci markası haqqında BİLİNMƏYƏNLƏR

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et