Hazırda marketinqin ən önəmli vəzifələrindən biri inandırmadır. Marketinq müştəriləri satışa hazırlamaq və beyinlərindəki sualları həll etmədə önəmli bir rol oynayır.
Marketinq müştəriyə fikrinin doğru olduğuna dair sübutlar təqdim edir. Marka ilə müştəri arasındakı əlaqənin qüvvətləndirilməsi üçün çalışır. Bunu edərkən istifadə ediləcək ən təsirli vasitə inandırma gücüdür. İnandırma sahəsi xüsusilə satış işiylə məşğul olan şəxslərin illər boyunca maraqlandığı bölmədir.
Fiziki və ya onlayn mağazalara gün ərzində minlərlə ziyarətçi baş çəkir.
Ancaq bu ziyarətçilərdən neçə faizi mağazadan alış-veriş eləyir? Virtual və ya fiziki mağazalarda satışları artırmağın yolu şübhəsiz olaraq inandırma gücünün istifadəsindən asılıdır.
Ancaq bəzən inandırma cəhdlərinizin kifayət etmədiyini, xüsusilə də çətin müştəri ilə qarşılaşdığınızda hiss edirsiniz. İnsanların necə seçim etdiyini, nə qədər doğru bir formada başa düşsəsiz iş həyatınız o qədər yaxşı olar. Nəticədə daha yaxşı, faydalı məhsullar istehsal edə bilər və şəxsləri sıxmadan, onları məmnun edərək razı sala bilərsiniz. Bəs inandırma texnikaları nələrdir?
Təcrübə: Çətin müştərinin satdığınız məhsulunuz ilə bağlı müsbət təcrübə yaşaması çox önəmlidir. Hazırda sosial media olduqca güclü bir təsirə sahibdir. Müştərilər öz təcrübələri qədər, başqalarının yaşadığı təcrübələri də önəmsəyirlər. Bu məcrada yazılan hər mənfi şərh müştəri itirilməsinə səbəb olur. Ona görə də, müştərinin xidmətinizdən məmnun qalmasını təmin etmək lazımdır.
Duyğularını başa düşmək: Çünki qərarvermə zamanı duyğular məntiqdən daha təsirli ola bilməkdədir. Müştərinizin hər şeydən öncə emosional varlıq olduğu düşüncəsi unudulmamalıdır. Müştərinin duyğularına xitab edən markalar daha sürətli şəkildə inkişaf edirlər.
Doğru seçilmiş söz və ifadələrdən istifadə: Satacağınız məhsul ilə əlaqədar seçəcəyiniz sözlər və cümlələr mənalı və müsbət olmaq məcburiyyətindədir. Məsələn, nümunə olaraq yenilənmiş, inkişaf etdirilmiş, təbiət dostu, sağlamlığa yararlı və s. sözlərini qeyd edə bilərik. Satılacaq olan məhsulun yeni olması o məhsulu cəlbedici və inandırıcı hala gətirir.
Bilinir olmaq: İşlədiyiniz sahədə bilinir olmaq çətin müştəriləri inandırmada olduqca önəmli bir cəhətdir. Beyin ilə əlaqədar aparılan araşdırmalarda qeyd olunur ki, beyin daha öncə gördüyü bir şeyi heç görmədiyi şeylərlə müqayisədə daha güvənilir hesab edir. Markaların reklam xərclərinə böyük büdcələr ayırmasının səbəbi bilinir olmaqla əlaqəlidir.
Şəxsi faydalarını vurğulamaq: Müştəri alacağı məhsulu doğru seçə bilmirsə, satışı həyata keçirən şəxs müştərini xəbardar etməli və məlumatlandırmalıdır. Onun şəxsi maraqlarına, gözləntilərinə uyğun məhsul təqdim edə bilər. Lakin bütün bunlara baxmayaraq müştəri yenə səhv seçim eliyib, getsə də daha sonra ona kömək edən şəxsə haqq verəcəkdir. Eyni zamanda sonraki səfər məhsul aldıqda satıcının sözləri onun üçün daha təsirli və inandırıcı olacaqdır. Və həmin insanın onun maraqlarını nəzərə aldığını diqqətindən qaçırmayacaqdır.
facemark.az
Bizi sosial şəbəkələrdən izləyin!!