Tamara Mustafayeva, Banco.az
Tanınmış audit şirkəti Pricewaterhouse Coopers (PwC) tərəfindən çərşənbə günü həyata keçirilən anket sorğusuna görə, beş CEO-dan dördü Covid-19 pandemiyasının nəticəsi olan məsafədən iş rejiminin şirkətlər tərəfindən zaman keçdikcə daha çox mənimsəniləcəyini proqnozlaşdırır.
Nyu-York, London və digər böyük şəhərlərdən bəzilərində hazırda ofisdə işinə davam edən işçi sayı olduqca aşağıdır. Çünki əksər şirkət rəhbərləri zəruri hal olmadığı təqdirdə əməkdaşlarının məsafədən çalışmağa davam etmələrini doğru hesab edir.
Bəzi mütəxəssislər hazırki dövrdə ofislərə geri qayıtmağı məsləhət görsələr də, audit şirkəti anket sorğusu keçirdiyi CEO-ların 78%-nin məsafədən iş rejiminin ən azından bir kəsim işçilər üçün davamlı olacağını bildirib.
İşgüzar həyatın yeni norması
PwC Britaniyanın prezidenti Kevin Ellis, "Ofis və evdə işləməyin vəhdəti ehtimal ki, işgüzar həyatın gələcək norması olacaq", deyə bildirib.
Xatırladaq ki, 157 ölkədə fəaliyyət göstərən PwC audit şirkətinin bu anketi 15 iyun və 3 iyul tarixləri aralığında dünya miqyasında 3500 müştərisinin iştirak etdiyi bir paneldən əldə edilən cavablara əsaslanaraq tərtib edilmişdir.
Həmçinin oxu: Evdən işləmək hansı bərabərsizliklərə səbəb olur?
Bizi sosial şəbəkələrdən izləyin!!