Cənubi və Şərqi Avropada birbaşa xarici investisiya layihələrinin həcmi artıb | Banco.az

Cənubi və Şərqi Avropada birbaşa xarici investisiya layihələrinin həcmi artıb

Müəllif - Aida İsaq, Banco.az

Tədarük zəncirlərini daha uğurlu formada həyata keçirən bölgələr Şərqi və Cənubi Avropa ölkələri olub.

Banco.az xəbər verir ki, bu barədə “Ernst & Young” şirkətinin hesabatında bildirilir. Məlumata görə, 2022-ci ildə Portuqaliyada birbaşa xarici investisiyaların sayı 22 faiz, Polşaya qoyulan investisiyaların sayı 23 faiz, İtaliyada 17 faiz, Rumıniyada isə 86 faiz artıb.

Bundan başqa, şirkətlərin tədarük zəncirlərini şoklara tab gətirə biləcək formada təşkil olunması üçün bütün səylərini səfərbər etdiyi məlum olub. Şirkətlərin 52 faizi daha çox regional təchizat modelləri qurmağa üstünlük verib. Onların 47 faizinin müştərilər üçün əlçatan yanacaqdoldurma məntəqələri yaratdığı, 46 faizinin isə fəaliyyətini daxili bazarlara uyğunlaşdırdığı qeyd olunur.

Ötən il Avropada icrasına başlanılan birbaşa xarici investisiya layihəsinin səviyyəsi 5962-yə çataraq əvvəlki illə müqayisədə 1 faiz artım nümayiş etdirib. Cənubi və Şərqi Avropada birbaşa xarici investisiya layihələri isə 21 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram