Cənubi Qafqaz iqtisadiyyatları arasında ən aşağı artımın Azərbaycanda reallaşacağı gözlənilir.
Beynəlxalq Valyuta Fondu (BVF), "Dünyanın İqtisadi Mənzərəsi" hesabatının Oktyabr 2018 sayını "Sabit İnkişafı Sınayan Çətinliklər" başlığı ilə yayıb.
Hesabatda, Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatlarına dair proqnozlara yer verilib.
Hesabata görə, 2018-ci ildə Ermənistan iqtisadiyyatının 6%, Gürcüstan iqtisadiyyatının 5,5%, Azərbaycan iqtisadiyyatının isə 1,3% artacağı gözlənilir.
2019-cu ildə isə Ermənistan iqtisadiyyatının 4.8%, Gürcüstan iqtisadiyyatının 4.8%, Azərbaycan iqtisadiyyatının isə 3,6% artacağı ehtimal edilir.
MDB ölkələri arasında da ən aşağı sürətlə Azərbaycan iqtisadiyyatının artacağı gözlənilir.
Marja.az