Müəllif:Mehin Qasımova,Banco.az
Cənubi Koreyada işsizlik səviyyəsi dekabr ayında kəskin artıb.
Banco.az xəbər verir ki, rəsmi məlumatlara görə, işsizlik göstəricisi noyabr ayındakı 2,7 faizdən 4 faizə yüksəlib ki, bu da son təxminən beş ilin ən yüksək səviyyəsidir.
Məlumata əsasən, ölkədə işsizlərin sayı bir il ərzində 103 min nəfər artaraq 1,22 milyon nəfərə çatıb. Eyni zamanda, işləyənlərin sayı 168 min nəfər artaraq 29,71 milyon olub.
Hesabatda qeyd olunur ki, işçi qüvvəsində iştirak nisbəti də azalıb. Belə ki, bu göstərici noyabrda 64,8 faiz olduğu halda, dekabr ayında 64,1 faizə enib.
