Cənubi Koreya Ukraynaya gedəcək iş adamları üçün səyahət məhdudiyyətlərini yumşaldacaq | Banco.az

Cənubi Koreya Ukraynaya gedəcək iş adamları üçün səyahət məhdudiyyətlərini yumşaldacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Cənubi Koreya Ukraynadakı iş adamlarına səyahət rahatlığı təmin edəcək.

Banco.az xəbər verir ki, Cənubi Koreya hökuməti ölkədəki iş adamlarının Ukraynanın yenidən qurulması layihələrində iştirak edə bilməsi üçün mövcud səyahət məhdudiyyətlərini yumşaltmağı planlaşdırır.

Belə ki, bununla da, Cənubi Koreyalı iş adamları Rusiya-Ukrayna müharibəsi başlayandan bəri qüvvədə olan səyahət məhdudiyyətlərindən azad oluna biləcək.

Qeyd edək ki, Cənubi Koreya hökuməti yenidənqurma prosesinin 1 trilyon dolları etəcəyi güman edilən Ukraynada dərhal layihələrə başlamaq üçün yüksək səviyyəli hökumət rəsmiləri və iş adamlarından ibarət nümayəndə heyətini bu ölkəyə göndərməyi planlaşdırır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram