Müəllif - Aida İsaq, Banco.az
Cənubi Afrika ölkənin qərb sahillərindəki şelfdə qaz və neft axtarışına icazə verib.
Banco.az xəbər verir ki, bu istiqamətdə TotalEnergies və Africa Oil Corp” şirkətlərinə icazələr verilib. Kəşfiyyatlar Keyptaun sahil şəhərindən 220 km aralıda yerləşən "Narıncı hövzə" adlanan ərazidə aparılacaq. “TotalEnergies”in Cənubi Afrikanın qonşusu Namibiyaya aid şelfdə böyük neft və təbii qaz yatağının cənubunda on sınaq quyusu qazmağı planlaşdırdığı vurğulanır.
Narıncı hövzə ərazisində böyük neft və təbii qaz ehtiyatları yerləşə bilər. Halbuki həmin ərazidə dərinlik 2,8 min ilə 4,2 min metr arasında dəyişir.
Bizi sosial şəbəkələrdən izləyin!!