Çempionlar Liqasının finalı Londona nə qazandıracaq? | Banco.az

Çempionlar Liqasının finalı Londona nə qazandıracaq?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çempionlar Liqasının finalı Londona nə qədər qazanc gətirəcək?

Banco.az xəbər verir ki, UEFA Çempionlar Liqasının baş sponsoru olan “Mastercard” iyunun 1-də Londonda keçiriləcək final matçının idman iqtisadiyyatı baxımından töhfəsini hesablayıb.

Məlum olduğu kimi, UEFA Çempionlar Liqasının final həyəcanı bu il iyunun 1-də İngiltərədə yaşanacaq.

Ödəniş sistemləri sahəsində fəaliyyət göstərən aparıcı qlobal texnologiya şirkəti “Mastercard” Londondakı Uembli Stadionunda “Real Madrid” və “Borussia Dortmund” arasında keçiriləcək final matçının şəhərə iqtisadi töhfəsi ilə bağlı təhlilini bölüşüb.

Qeyd edək ki, təhlil “Mastercard”ın əvvəlki finallar zamanı edilən plastik kart xərclərinə dair məlumatlardan istifadə edilməklə aparılıb. 

Araşdırmaya görə, 1 iyunda oynanacaq matçın şənbə-bazar günlərini əhatə edən həftə sonu dövrü üçün İngiltərəyə təxmini gəliri 40 faiz artıracağı gözlənilir. 

Xatırladaq ki, dünyada futbol iqtisadiyyatının həcminin 800 milyard dollar səviyyələrində olduğu güman edilir. Araşdırmalara görə, “Real Madrid”, “Mançester Siti”, “Liverpul”, “Mançester Yunayted”, “Paris Sen-Jermen” və “Barselona” kimi klublar ümumilikdə dünya futbolunda ən çox gəlir əldə edən klublar siyahısında birinci yerdədir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram