Hər gün sosial şəbəkələrdə haqqında oxuduğumuz, yazdığımız Futbol üzrə Dünya çempionatı yavaş-yavaş yekunlaşmaq üzrədir. Bu gün baş tutacaq İKİ oyundan sonra 1/8 final mərhələsi başa çatacaq və bütün dörddə bir finalçıları bəlli olacaq. Həmişə olduğu kimi bu dəfəki mundial da sevincli və kədərli anlarla yaddaşımıza həkk olundu. Amma ötən illərdən fərqli olaraq budəfəki dünya çempionatı azarkeşlərin yaddaşında daha çox sürprizlərlə qaldı.
Belə ki, favoritlər arasında əsas yer alan Almaniya, Argentina, Portuqaliya, İspaniya kimi güclü komandalar çempionatla vaxtından əvvəl vidalaşmalı oldular.
Bu yerdə Gary Lineker-in sözü yadıma düşdü – “Futbol çox sadə oyundur. 22 adam 90 dəqiqə bir topu qovalayar və sonda həmişə Almanlar qazanar”.
Gary görəsən bu fikrinə hələ də sadiqdir? :)
Ölkəmizdə isə futbola olan həvəsi xüsusi qiymətləndirmək lazımdır. Dünyanın nəzərində olan möhtəşəm “Futbol bayramı” azərbaycanlı futbolsevərlərin də həyəcanına səbəb oldu. Kimiləri işdən evə tələsir, kimiləri isə evdən çıxmır. Hətta son yaşanan hadisələr göstərdi ki, insanlar işıq, su olmasa da çempionat haqqında düşünürlər. Ölkəmizdə çempionata olan rəğbəti şirkətlər və qurumlar da unutmadılar. Yarışma ərəfəsində ölkəmizdə müxtəlif müsabiqələr təşkil edildi ki, onların müəlliflərindən biri də “Bank of Baku” oldu.
Müştərilərinə çempionatın ürəyinin döyündüyü Rusiyaya səyahəti vəd edən Bank of Baku, facebook sosial şəbəkəsində maraqlı bir müsabiqəyə start verib. Belə ki, bankın müştəriləri qalib olacağını düşündükləri ölkələrin adını yazmaqla müsabiqədə iştirak şansı qazanacaqlar. Əziz oxucu, əgər siz də Bank of Baku-nun müştərisisinizsə və Rusiyaya səyahət etmək istəyirsinizsə bu linkə (https://bit.ly/2u8oVXs) daxil olaraq yarışmada iştirak edə bilərsiniz. Qalibin adı doğru cavablar arasından təsadüfi seçim əsasında təyin olunacaq. Məlumat üçün qeyd edim ki, müsabiqəyə ayrılan vaxt 13 iyul, saat 18:00-da yekunlaşacaq.
İştirakçılara da, futbolçulara da uğurlar arzulayırıq :)
Banco.az