Cəlilabadda iş axtaranlar üçün VAKANSİYA! | Banco.az

Cəlilabadda iş axtaranlar üçün VAKANSİYA!

FINCA Azerbaijan CƏLİLABAD şəhərində yerləşən filialına “Gənc Kredit İşçilərinin İnkişafı” layihəsində iştirak etmək məqsədilə kredit işində çalışmaq istəyən, iddialı və potensialı olan gənc namizədlər tələb olunur. Həmin namizədlər təşkilatda Kredit İşçisi vəzifəsində çalışmaq üçün hazırlanacaqlar. “FINCA Azerbaijan” Azərbaycanda 150,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır.

TƏLƏBLƏR:

  •  Ali və ya orta texniki təhsilli məzunlar;
  • Elementar riyazi hesablama aparmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • İş təcrübəsi tələb olunmur;

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Aidiyyatı coğrafi ərazidə potensial müştərilərin cəlb edilməsi;
  • Təsdiq olunmuş marketinq materiallarının paylanması yolu ilə FİNCA Azərbaycanın kredit məhsullarını və xidmətlərini təklif etmək;

FINCA Azerbaijan öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Ən sərfəli kredit üçün müraciət et

Əgər layihədə iştirakçı olmaq istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV)  25 may 2015-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№227/15) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Ünvan: Cəlilabad, Azərbaycan küç.

Telefon: (025) 245 54 91: (055) 455 25 72

Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz:  http://banco.az/az/jobs

Ən sərfəli krediti almaq üçün müraciət et