Cek Ma təsisçisi olduğu şirkəti tərk edir | Banco.az

Cek Ma təsisçisi olduğu şirkəti tərk edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Cek Ma “Ant Group”un İdarə Heyətindəki üstünlüyünü təhvil verir.

Banco.az xəbər verir ki, Çinli iş adamı Cek Manın təsisçisi olduğu rəqəmsal maliyyə xidmətləri şirkəti “Ant Group”un nəzarət hüquqlarını təhvil verəcəyi bildirilir.

Bu barədə “Ant Group”dan bəyanat verilib.

Bəyanatda qeyd olunub ki, Cek Manın şirkətin sədri və baş icraçı direktoru Erik Sinq, keçmiş baş icraçı direktor Simon Hu və “Alibaba” qrupunun icraçı direktoru Canq Fanq ilə birlikdə 53,46 faizlik səhm çoxluğuna əsasən aktiv nəzarətə sahib olduğu İdarə Heyətinin əvəzinə bu hüquqlardan müstəqil istifadə edən 10 səhmdarın cəmləşdiyi yeni struktur yaradılacaq.

Yeni strukturda Ma və digər 4 səhmdarın qurduğu investisiya şərikliyinin 31,04 faiz, Sinq və 4 səhmdarın tərəfin qurduğu investisiya şərikliyinin isə 22,4 faiz səs hüququna sahib olacağı bildirilib. Digər tərəfdaşların səsvermə hüququ isə 46,4 faiz səviyyəsində qalacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu yeni sistemlə Cek Manın şirkətə birbaşa nəzarəti ləğv ediləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et