Amazon şirkətinin təsisçisi Ceff Bezosun böyük bir sərvətə sahib olduğu hər kəsə məlumdur. Forbes jurnalının məlumatına görə, o, təqribən 165 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı insanıdır.
1994 – cü ildə yenicə evlənmiş 30 yaşlı Ceff Bezos Amazon – u qurmaq üçün Wall Street – dəki işindən istefa etdiyi zaman yeni qurduğu sayt olduqca bəsit idi. Belə ki, sayt həmin vaxtlar təkcə kitab satışı ilə məşğul olurdu.
1997 – ci ildə Amazon xalqa təqdim edildi və Bezosun sərvəti 12 milyard dollara çatdı.
Ancaq belə bir sərvətə sahib olması gənc milyarderin avtomobilinə baxaraq anlaşılmazdı. Çünki o, 1987 model Chevy Blazer markalı avtomobilini Honda Accord – la dəyişdirmişdi.
Həmçinin oxu: Tanınmış milyonçular hansı avtomobilləri idarə edir?
“Nə üçün bu avtomobil” deyə jurnalistlərdən biri tərəfindən ünvanlanan suala Bezos gülümsəyərək belə cavab verir.
“Bu, olduqca gözəl bir avtomobildir.”
2013 – cü ildə Bezos hələ də Hondo markalı avtomobil idarə edirdi, ancaq tək fərq bu dəfə bir üst modelə müraciət etməsi idi.
Bu gün Amazon şirkətinin bazar dəyəri 1 trilyon dollar təşkil edir və şirkət təkcə 2019 – cu ilin ilk rübündə 60 milyard dollar gəlir əldə edib.
Bezosun bir çox mülk və jet ski sahibi olmaq, həmçinin kosmik araşdırmalar üçün Blue Origin şirkətini təsis etmək kimi bahalı zövqləri var.
Bununla belə “qənaətcil davranmaq” hələ də şirkətin ən təməl dəyərlərindən biridir və şirkət Bezosun ilk təsis etdiyi vaxt izlədiyi yoldan irəliləyir. Amazon hətta şirkətin pulunun qənaətlə istifadə edilməsini təmin edəcək ideyalar irəli sürən işçilərinə mükafat belə verir.
Həmçinin oxu: Məhsuldar iclasların sirri: Ceff Bezosun “2 Pizza” qaydası NƏDİR?
Tamara Mustafayeva, Banco.az